Page 1 of 7

AI Affiliate Creator Program

Bu, bizim məhsullarımız üçün video kontent hazırlamaq və onları sosial şəbəkələrdə viral etmək məqsədilə yaradılmış Creator Program-dır. Bu proqram fərdi 1-1 mentorluq deyil.

Proqrama daxildir:

Xüsusi Discord kanalına giriş

Həftəlik qrup zəngləri

Satış potensialı olan məhsulların təqdim edilməsi

Satışlardan 50% mənfəət payı

Gəlir modeli: Sizin gətirdiyiniz satışlardan əldə olunan xalis mənfəət 50/50 bölünəcək.

Yəni hər satışdan bütün vergilər və xərclər çıxıldıqdan sonra qalan xalis mənfəətin 50%-i sizə, 50%-i isə bizə çatacaq.

Xərclər: Video hazırlamaq üçün istifadə edəcəyiniz Higgsfield abunəliyini özünüz qarşılayacaqsınız.

Şirkət qurmaq, vebsayt açmaq, vergi, sifarişlərin idarə edilməsi və digər biznes əməliyyatları bizim məsuliyyətimizdə olacaq.

Sizin əsas işiniz yalnız məhsullarımız üçün videolar hazırlamaq və gündəlik paylaşmaqdır.

Bu proqram yalnız intizamlı, məsuliyyətli və davamlı nəticə əldə etmək üçün işləməyə hazır olan şəxslər üçündür.

Biz yalnız yüksək səviyyədə video hazırlamağı bacaran creatorlarla işləyirik. Bu, təlim proqramı deyil. Əgər artıq keyfiyyətli və kreativ videolar hazırlamaq bacarığınız varsa və gündəlik minimum 5 keyfiyyətli video hazırlayıb paylaşmağa hazırsınızsa, proqrama müraciət edə bilərsiniz.
Creator program aylıq 190 ABŞ dollarıdır.
Proqramın ödənişli olmasının əsas səbəbi yalnız ciddi, intizamlı və gündəlik aktiv işləməyə hazır olan creatorlarla əməkdaşlıq etməkdir. Məqsədimiz mümkün qədər çox insan toplamaq deyil, keyfiyyətli kontent hazırlayan və real nəticə göstərən insanlarla uzunmüddətli işləməkdir.