Bootcamp zamanı nə öyrəndiyiniz, ən çox hansı hissələri bəyəndiyiniz və proqramın sizə necə təsir etdiyi haqqında video rəyinizi paylaşa bilərsiniz.
Bu, məcburi deyil. Videonuz gələcək paylaşımlarımızda istifadə oluna da bilər, olunmaya da bilər. Lakin göndərilən bütün videoları şəxsən özüm izləyəcəyəm. Səmimi fikirlərinizi videoda eşitmək məni çox sevindirər.
Videonuz üçün göstərişlər:
Videonu üfüqi formatda (16:9), yaxşı işıqlandırılmış və səsiniz aydın eşidiləcək şəkildə çəkin. Nə öyrəndiyinizi, ən çox nəyi bəyəndiyinizi və bootcamp haqqındakı ümumi fikirlərinizi səmimi şəkildə bölüşün.